AZ

Dağıstanda futbol klubu satışa çıxarıldı

BAKI, 10 sentyabr. TELEQRAF

Dağıstanın "Legion" futbol klubu 10 milyon rubla (təxminən 200 min manata) satışa çıxarılıb.

Teleqraf xəbər verir ki, bu barədə “Championat.com" saytı məlumat yayıb.

"Legion" maliyyə problemləri səbəbindən peşəkar statusunu itirmək riski ilə üzləşir. Bunun qarşısını almaq üçün rəhbərlik klubu satmaq qərarına gəliblər. Vəziyyət ağırdır - oyunçuların aylıq maaşı 15 min rublu keçmir. Klub bəzi futbolçulara maaş əvəzinə mənzil və qida xərcini ödəyir", - deyə bildirilir.

Mahaçqala təmsilçisi Rusiya İkinci Liqasının 1-ci qrupunda mübarizə aparır. Komanda 20 oyundan sonra 29 xalla 11-ci pillədə qərarlaşıb.

Seçilən
11
teleqraf.com

1Mənbələr