Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarının iştirakı ilə birgə reyd keçirilib.
Reyd zamanı sosial şəbəkə üzərindən dənizdə ovlanmış balıq adı ilə bu cür məhsulların satışını həyata keçirən şəxslər müəyyən olunub.
Reyd zamanı ümumilikdə 3 ədəd 1355 qramlıq, 7 ədəd 113 qramlıq və 1 ədəd 7-8 kq nərə balığı aşkar edilib. İlkin araşdırmalar balıq məhsullarının təsərrüfat şəraitində yetişdirildiyi ehtimalını irəli sürür.
Vətəndaşlara bir daha xatırladırıq ki, dənizdə ovlanmış adı ilə balıq və balıq məhsullarının alışı həm ətraf mühitə, həm də ictimai sağlamlığa ciddi zərər vurur. Bu səbəbdən hər kəsi yalnız qanuni mənbələrdən əldə olunmuş məhsullara üstünlük verməyə çağırırıq. Hazırda faktla bağlı istintaq hərəkətləri davam etdirilir. Qanunvericiliyə uyğun müvafiq tədbirlər görülməkdədir.






