AZ

Futbolçularımız bacardıqlarından da artığını etdilər Elşad Əhmədov

ain.az, Fanat saytına istinadən bildirir.

Dünən DÇ-2026-nın seçmə mərhələsinin 2-ci turu çərçivəsində Ukrayna yığmasını qəbul edən Azərbaycan millisi 1:1 hesablı heç-heçəyə nail oldu. İlk turda İslandiyadan alınan 0:5 hesablı yenilginin ardından baş məşqçi postundan göndərilən portuqaliyalı mütəxəssis Fernandu Santuşun funksiyasını müvəqqəti yerinə yetirən Ayxan Abbasov millini psixoloji cəhətdən toparlaya, ortaya əzmkar oyun qoya bildi. Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Elşad Əhmədovla əlaqə saxlayıb oyun barədə fikirlərini bölüşməsini xahiş etdik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"İslandiyadakı ağır məğlubiyyətdən sonra toparlanmaq vacib idi. Matçdan öncə də demişdim ki, 0:5-in gətirdiyi ruh düşkünlüyündən qurtulmaq mümkün olsa, Ukrayna ilə evdə heç-heçə edə bilərik. Məşqçilər sağ olsunlar, uşaqları oyuna psixoloji cəhətdən çox yaxşı hazırlamışdılar. Görünən bu idi ki, uşaqlar meydanda istəklə mübarizə aparır, döyüşürdülər. Komandamız xarakter göstərdi və 1 xal qazandı. Əlbəttə, rəqib futbolçular səviyyə baxımından üstün idilər, amma futbolçularımız bacardıqlarından da artığını etdilər. Bu xal milliyə çox lazım idi. Hamısı sağ olsunlar".

Nihat

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
fanat.az

1Mənbələr