"İnter"in hücumçusu Lautaro Martines layiq olduğu dəyəri görmədiyini düşünür.

Offsideplus.az xəbər verir ki, argentinalı futbolçu bunu "France Football" nəşrinə açıqlamasında deyib:

"Bəlkə də bu, məni layiq olduğum yerə aparmayan imic, marketinq işidir. Daha çox tanınmağı hədəfləyirəm. Amma hər şeydən əvvəl, özümü həmişə düzgün aparan yaxşı və xeyirxah insan kimi tanınmaq istəyirəm".

Qeyd edək ki, L. Martines 2018-ci ildən "İnter"də çıxış edir. O, burada 337 oyunda 154 qol vurmağı bacarıb.