AZ

Qabağı göydə “Niva” ilə əks yola çıxmağı adət edən sürücü 77 TX 472 VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Paytaxtın Binəqədi rayonu, “Xutor” adlanan ərazidə yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün videoları sosial şəbəkədə paylaşılıb.

Avtosfer.az-ın məlumatına görə, 77-TX-472 dövlət nömrə nişanlı “VAZ-2121” (Niva) markalı avtomobilin sürücüsü lüzumsuz manevrlər edərək dəfələrlə qəza şəraiti yaradıb. Müxtəlif vaxtlarda qeydə alınmış kadrlardan da göründüyü kimi, o, əks istiqamətli yola çıxaraq hərəkət edib və bu vaxt qarşıdan gələn sürücüləri və piyadaları təhlükəyə atıb. Eyni zamanda sürücü avtomobilin konstruksiyasına dəyişiklik edərək arxa yaylarını kəsib və ön hissəsini qaldırıb. 

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
avtosfer.az

1Mənbələr