AZ

52 yaşlı məşhur aktrisa qışa hazırlıq görür: Öz əlləri ilə tomat pastası bişirdi

“Mahallenin Muhtarları”, “Ekmek Teknesi”, “Doksanlar” kimi layihələrdə rol alan Açelya Akkoyun qış üçün gördüyü hazırlıqları bölüşüb.

Sherg.az xəbər verir ki, uzun müddətdir ekranlardan uzaq olan və “Kızılcık Şerbeti”nin yeni mövsüm heyətinə daxil olan Açelya Akkoyun sosial media paylaşımları ilə gündəmdə qalmağa davam edir.

Ötən ay bazar alış-verişindən görüntülər paylaşan 52 yaşlı məşhur aktrisa bu dəfə qış hazırlığı üçün işə girişib.

Ankaranın Kıbrısköy kəndində dostlarını ziyarət edən Açelya Akkoyun bağdan topladığı təzə pomidorlarla tomat pastası (salça) bişirib, lavaş açıb.

Əmək və zəhmətin əhəmiyyətini vurğulayan Akkoyun paylaşımında belə yazıb: “Kəndin qadınları səhərin ilk işıqları ilə başlayan işlərini sevgi və incəliklə görərkən bizə bunu xatırladırlar: Həqiqi güc bir yerdə istehsal etməkdə və bir-birinə dəstək olmaqdadır.”

Məşhur sima ruhu doyuranın yalnız süfrədəki yemək deyil, qurduğumuz bağlar olduğunu ifadə edib.
Seçilən
4
1
sherg.az

2Mənbələr