AZ

KİV: Paşinyan Moskvda Putinlə görüşəcək

Sentyabrın 26-dan 30-dək Moskvada nüvə proqramları hazırlayan müxtəlif ölkələrin liderlərinin iştirak edəcəyi Dünya Atom həftəsi keçiriləcək. Ermənistanın Baş naziri Nikol Paşinyan da bu tədbirə dəvət olunub.

APA xəbər verir ki, bu barədə MediaHub.am” mənbəyə istinadən məlumat yayıb.

Nəşrin xəbərinə görə, Paşinyan bu tədbirdə iştirak etmək üçün Moskvaya gedəcək.

Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə ayrıca görüşünün olacağı da bildirilir.

Məsələ ilə əlaqədar Ermənistan Baş nazirinin Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Armen Xaçatryan saytına sorğusuna cavab olaraq bildirilib ki, hökumət başçısının səfərləri barədə məlumat vaxtında verilir.

Seçilən
3
6
apa.az

7Mənbələr