AZ

Azərbaycan - Ukrayna matçının ən yaxşı və ən zəifləri bəlli oldu

2026-cı ildə keçiriləcək dünya çempionatı seçmə mərhələsi çərçivəsində baş tutan Azərbaycan - Ukrayna matçının (1:1) ən yaxşı futbolçusu açıqlanıb.
 
Moderator.az "Flashscore" nəşrinə istinadən xəbər verir ki, yığmamızın heyətində ən yüksək bal Emin Mahmudova verilib.
 
Millimizin kapitanının çıxışı 7.7 xalla qiymətləndirilib.
 
Komandanın ən zəifi isə Rüstəm Əhmədzadə və Renat Dadaşov seçiliblər (5.9).
 
Seçilən
214
moderator.az

1Mənbələr