AZ

"Araz-Naxçıvan"ın braziliyalısı "Kəpəz"ə qarşı oynaya biləcək? - SON DURUM

"Araz-Naxçıvan" millinin oyunları ilə əlaqədar yaranmış fasilədən sonrakı ilk turda "Kəpəz"lə qarşılaşacaq.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "qırmızı-ağlar"ın hücumçusu Ramon Maçadonun sözügedən qarşılaşmada meydana çıxacağı sual altındadır. 

Braziliyalı forvard fərdi məşqlərə başlasa da, meydana çıxmağa hazır deyil. Baş məşqçi Elmar Baxşıyev onunla bağlı risk etmək istəmir və tam hazır olmasını gözləyəcək. 

Qeyd edək ki, Ramon Maçado "Aris" (Yunanıstan) ilə UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində oyun ərəfəsində məşqdə sıradan çıxıb.

Mirağa

Seçilən
9
1
fanat.az

2Mənbələr