Millimizin futbolçusu ciddi zədə alıb.
İdmanxeber.az-a verilən məlumata görə, söhbət Edqar Ədilxanovdan gedir. Futbolçu Avropa çempionatı seçmə mərhələsi çərçivəsində keçirilən Portuqaliya görüşündə (0:5) meydana çıxsa da, dünən Bolqarıstan matçında forma geyinməyib.
Buna səbəb onun ayağında ağrıların olmasıdır. Ədilxanovun durumunun ciddi olduğu bildirilir. Futbolçunun təxminən 2 ay yaşıl meydanlardan kənar qalacağı gözlənilir.
Xatırladaq ki, U-21 millimizin üzvü “Şamaxı”da çıxış edir.
Həsən Quluzadə