AZ

"Valideynlər bilməlidirlər ki,qızılca, su çiçəyi və məxmərəkdən birini keçirmək digərlərinə qarşı immunitet yaratmır" -İnfeksionist-həkim

"Valideynlər bilməlidirlər ki,qızılca, su çiçəyi və məxmərəkdən birini keçirmək digərlərinə qarşı immunitet yaratmır" -İnfeksionist-həkimƏhali arasında hələ də "məxmərək keçirən uşaq qızılcaya və ya su çiçəyinə tutulmur" kimi yanlış fikirlər dolaşır.

İnfeksionist-həkim Etibar Qarayev BiG.AZ-a bildirib ki, bu xəstəliklər tamamilə fərqli virusların təsirindən yaranır və birini keçirmək digərlərinə qarşı immunitet yaratmır:

"Qızılca yüksək hərarət, öskürək və ağır halsızlıqla gedən virus infeksiyasıdır.Məxmərək daha yüngül keçsə də, xüsusilə hamilə qadınlar üçün risklidir. Su çiçəyi – varisella-zoster virusu ilə yaranır və bədəndə qaşıntılı səpkilərlə müşayiət olunur.
Valideynlər bilməlidirlər ki, məxmərək, qızılca və su çiçəyi bir-birindən fərqli xəstəliklərdir. Birini keçirmək digərinə qarşı qoruma təmin etmir. Yeganə etibarlı yol peyvənddir", - deyə həkim xəbərdarlıq edib.

Seçilən
58
big.az

1Mənbələr