AZ

“Yaponiyanın hərbi güclənməsi narahatlıq yaradır” - Jianq Bin

Yazını böyüt
Yazını kiçilt

Çin Müdafiə Nazirliyinin sözçüsü Jianq Bin bildirib ki, Yaponiyanın hərbi arzenalını sürətlə güclənməsi, o cümlədən hücum silahları və texnikasının inkişafı bütün dünyada sülhsevər insanlar arasında narahatlıq və təşviş yaradıb.

Hafta.az-ın yazdığına görə, Jianq bu sözləri Yaponiyanın bu yaxınlarda açıqlanan rekord müdafiə büdcəsi ilə bağlı medianın sualına cavab olaraq nazirliyin mətbuat konfransında deyib.

O qeyd edib ki, 80 il əvvəl yapon militarizmi Asiya ölkələrinin xalqlarına böyük iztirablar gətirən işğalçı müharibəyə başlayıb. “Bu gün region ölkələrinin sülhü qorumaq əzmi həmişəkindən daha güclüdür və biz yapon militarizminin geri qayıtmasına imkan verməyəcəyik”, - deyə o bildirib.

Jianq Bin Yaponiyanı təcavüz tarixini dərindən düşünməyə, Asiyadakı qonşularının, bütövlükdə beynəlxalq ictimaiyyətin təhlükəsizlik qayğılarına lazımi şəkildə hörmət etməyə çağırıb.

Seçilən
29
hafta.az

1Mənbələr