AZ

Ağlımız gedib Qurban Qurbanova...

Oturub gözləyirdik ki, Fernandu Santuş İslandiyadan alınan ağır məğlubiyyətə görə istefa versin.

Həqiqətən, çox sadəlövh davranırıq.

Bu adam dəli deyil ki, rahatlıqla çıxıb getsin.

Ağlı başında olan adam müftə pulu qoyub, kağız qələmi niyə seçsin?

Özünə hörmət?

Özünə hörmət edən adam D Liqasına düşəndə gedərdi. 4 yoxlama görüşündə heç nə ilə yadda qalmayanda gedərdi.

Özünə hörmət edən adam qısa müddətdə 9-cu məğlubiyyəti gözləməzdi.

Deyəsən, ağlımız gedib Qurban Qurbanova.

C Liqasında lider olmağı son turda əldən versə də istənilmədiyi yerdən getməyə etiraz etmədi.

Özü də yaxşı məbləğdə təzminata "yox" deyərək.

Təbii ki, Qurbanov dəli deyil, sadəcə bir azərbaycanlı kimi onun üçün prioritet millinin mənafeyi idi.

Santuş üçün belə bir dəyər yoxdur. Dəyər olmayan yerdə nə hörmət qalır, nə də şərəf...

XANOĞLAN İMANOV

Seçilən
18
sportinfo.az

1Mənbələr