AZ

"Real Madrid" niderlandlı futbolçunu istəyir

"Real Madrid" heyətinə niderlandlı futbolçu qatmağa yaxındır. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Fichajes" yayıb.

Məlumata görə, bu, "Tottenhem"in (İngiltərə) müdafiəçisi Miki van de Vendir. Mənbə London təmsilçisinin 24 yaşlı futbolçu üçün təxminən 80 milyon avro istədiyini vurğulayıb.

Sözügedən oyunçu ötən mövsüm bütün turnirlərdə meydana çıxdığı 22 matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun paytaxt klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.  "Transfermarkt" portalı arxa xətt oyunçusunun transfer qiymətini 50 milyon avro ilə dəyərləndirir.

Nihat

Seçilən
6
1
fanat.az

2Mənbələr