BAKI, 10 sentyabr. TELEQRAF
Dövlət tərəfdən hər beş nəfərdən bir nəfərə sosial yardım verilir.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.
O qeyd edib ki, bu bilavasitə dövlətin vətəndaşa olan münasibətinin bariz nümunəsidir: “Eyni zamanda digər sosial ödənişlər də təmin edilir. Bununla yanaşı özəl sektorun da bu istiqamətdə payı artmalıdır. Yeni iş yerlərinin açılması, istiqamətində müvafiq addımların atılması məqbuldur”.
Komitə sədri bildirib ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan sakinlərlə yanaşı orada çalışanların ümumi sayı 53 min nəfər təşkil edir.