“Arsenal” qış transfer pəncərəsində iki hücumçusu ilə yollarını ayırmaq niyyətindədir.
Sportinfo.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.
Braziliyalı Qabriel Jesus və belçikalı Leandro Trossar baş məşqçi Mikel Artetanın planlarında əsas oyunçular hesab olunmadığı üçün satışa çıxarılacaq. Hər iki futbolçunun klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
“Arsenal” Premyer Liqanın ilk 3 turundan sonra 6 xal toplayaraq, turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Komandanın növbəti oyunu evdə “Nottingem Forest”ə qarşı olacaq.