AZ

"Mürəkkəb coğrafiya millətimiz üçün şansa çevrilib" - DEPUTAT DANIŞDI

"Cənab Prezident İlham Əliyevin "Şət plyus" toplantısında iştirak etmək üçün Çin Xalq Respublikasına səfəri diplomatiya tariximizin parlaq səhifələrindən biridir. İlk növbədə qeyd etmək lazımdır ki, Çin dünyanın nəhəng dövlətlərindən biridir. Bir vaxtlar Fransa imperatoru I Napoleon Çini Asiyanın yatmış aslanı adlandırıb. Ölkə başçısının sözügedən toplantıya dəvət edilməsi beynəlxalq şəxsi nüfuzu və Azərbaycanın Şərqlə Qərb arasında oynadığı rol ilə bağlıdır. Çin sədrinin cənab Prezidentə "əziz dostum" deyərək müraciət etməsi dürüstlük, etibarın təzahürüdür". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib.

Deputat bildirib ki, sözügedən səfər Azərbaycanla Çin arasında səmimi dostluq münasibətlərinin, hərtərəfli strateji əməkdaşlıq bağlarının olduğunu göstərdi: "Azərbaycan Çinin bir sıra təşəbbüslərini fəal şəkildə dəstəkləyir. Ölkələrimiz arasında siyasi, ticarət-iqtisadi, sərmayə, enerji, nəqliyyat və logistika, rəqəmsal iqtisadiyyat, elm və texnologiyalar, təhsil və elm sahələri üzrə əlaqələr genişlənir. Ən vacib məsələlərdən biri iki ölkə arasında viza rejiminin aradan qaldırılmasıdır. Bu qarşılıqlı münasibətlərə böyük təsir göstərəcək.

Səfər zamanı cənab Prezidentin Pekində keçirilən İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyinə həsr edilmiş hərbi paradda Mehriban xanım Əliyeva ilə birgə iştirakı da dərin anlam daşıyır. Çünki Azərbaycan xalqı Avropada faşist Almaniyası və uzaq Şərqdə millitaris Yaponiyası üzərində qələbənin qazanılmasında müstəsna rol oynayıb. Səfər zamanı ölkə rəhbərinin bir neçə Çin şirkət rəhbərlərini qəbul etməsi əməkdaşlıqda yeni perspektivlər açır. Bu gün Azərbaycan Asiya nəhəngi Çinin dünyanın iqtisadi güc mərkəzi olan Avropa İttifaqı, Avropa ilə əlaqələndirən etibarlı körpüdür. Bütün bunlar mürəkkəb bir coğrafiyanı millətimiz üçün şansa çevirmiş möhtərəm cənab Prezidentin tarixi xidmətidir".

Müəllif: Səbinə Hüseynli
Seçilən
25
1
sia.az

2Mənbələr