AZ

İsrail səfirindən HƏMAS liderləri ilə bağlı açıqlama - növbəti əməliyyatda mütləq öldürüləcəklər...


Əgər İsrail sentyabrın 9-da Qətərə endirilən zərbələr zamanı HƏMAS liderlərini öldürməyibsə, növbəti dəfə buna mütləq nail olacaq.

Trend xəbər verir ki, bunu İsrailin ABŞ-dəki səfiri Yeşiel Leiter Amerika KİV-ə verdiyi müsahibədə bildirib.

“Biz bu düşmənləri və Qərb sivilizasiyasının düşmənlərini terrorizmi həyata keçirmək imkanından məhrum etdikcə, region daha yaxşı istiqamətdə dəyişir”, - deyə o bildirib.

Qeyd edək ki, ötən gün İsrail müdafiə qüvvələri Dohada bir sıra nöqtələrə aviazərbələr endirib. Hava hücumunda HƏMAS-ın Qətərdəki rəhbərliyinin hədəfə alındığı bildirilirdi.

Seçilən
6
1
baki-xeber.com

2Mənbələr