Vilnüsdə maye qaz yanacaqdoldurma məntəqəsində qazla yüklənmiş 8 vaqon alovlanıb.
APA “LRT.lt”yə istinadən xəbər verir ki, hadisə nəticəsində partlayışlar baş verib.
Yerli sakinlərə evdə qalmaq barədə xəbərdarlıq edilib. Bir nəfər yaralanıb.
Daxili işlər naziri Vladislav Kondratoviç jurnalistlərə bildirib ki, ilkin məlumatlara görə, yanğın iş şəraiti ilə əlaqədardır, texnogen qəzadır.
Nazir qeyd edib ki, Litva Dövlət Sərhəd Xidməti helikopterlə havadan əraziyə nəzarət edir.
Rusiyanın Kalininqrad vilayətinə gedən tranzit qatar insident səbəbindən dayandırılıb və onun marşrutu dəyişdiriləcək. Qatarın mühafizəsi gücləndiriləcək.
Vilnüs meri “Facebook”da bildirib ki, yanğın səbəbindən yaxınlıqda nəqliyyatın hərəkəti bağlanıb.
Eyni zamanda, təxliyə əmri verilib.