AZ

Bu şəhərlər arasında birbaşa uçuşlar bərpa olunur

Mərkəzi Çinin Hubey əyalətinin paytaxtı Uhandan Rusiyanın paytaxtı Moskvaya birbaşa uçuşlar yenidən bərpa edilib.


Manset.az-ın əldə etdiyi məlumata görə, uçuşlar, iki ölkə arasında ikitərəfli əlaqələri gücləndirməyə xidmət edir.

China Southern Airlines-in CZ8003 reysi, çərşənbə axşamı günü yerli vaxtla saat 15:00 radələrində Uhandan havaya qalxıb. Bu uçuşda 271 sərnişin olub. Uçuşlar, həftədə iki dəfə – bazar və çərşənbə axşamı günləri Airbus A350-900 təyyarələri ilə həyata keçiriləcək.

Bu marşrut ilk dəfə 2014-cü ilin iyulunda açılıb, lakin Covid-19 pandemiyası səbəbindən dayandırılmışdı.

China Southern Airlines-in Hubei filialının rəsmisi Wang Gang, yenidən başlanan uçuşların böyük maraqla qarşılandığını və bu ayın əvvəlinə olan vəziyyətə görə, gediş-dönüş uçuşları üçün ön satışların 80 faizə çatdığını bildirib.

Seçilən
1
manset.az

1Mənbələr