AZ

Komitə sədri: İki milyondan çox insan dövlətin sosial müdafiə tədbirləri ilə birbaşa əhatə olunub

BAKI, 10 sentyabr. TELEQRAF

İki milyondan çox insan dövlətin sosial müdafiə tədbirləri ilə birbaşa əhatə olunub.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

O qeyd edib ki, 2025-ci ilin 1- ci yarısı üçün sosial- iqtisadi göstəricilərinə görə, ölkəmizdə orta aylıq əmək haqqı 9,4%yəni, 1097,3 man təşkil edib. Eyni zamanda orta aylıq pensiya9,5% yəni,538 manat (əvəzetmə əmsalı 49%), yaşa görə 574 manat olub. Minimum əmək haqqı400 manat, minimum pensiyaisə 320 manat təşkil edib. Həmçinin 01.01.2021-ci illə müqayisədə 01.07.2025 illərdə pensiyanın minimum məbləği 200 manatdan 120 manat, yaxud 62.5% artaraq 320 manata, orta aylıq məbləği isə 302 manatdan 236 manat, yaxud 56% artaraq 538 manata yüksəlib. Hazırda minimum pensiyanın orta aylıq pensiyaya nisbəti 60% təşkil edir”.

Komitə sədri bildirib ki, pensiyaçıların sayı 1.103.300 nəfər (əhalinin 10,8%- ni təşkil edir): “Hazırda ölkəmizdə yaşa görə 64,6%, əlilliyə görə23%, ailə başçısını itirməyə görə isə 12,4% təşkil edir. Ölkədə hazırda aylıq sosial müavinət və kompensasiya alanlar 462419 nəfərdir. Birdəfəlik sosial müavinət və kompensasiya alanlar isə 28455 nəfər təşkil edir. Prezident təqaüdü alanların sayı isə 403298 nəfərdir. Həmçinin ünvanlı sosial yardım alanların sayı 80,3 min ailə yəni, 353300 nəfərdir. Burada isə hər nəfərə düşən məbləğ 100.37 manatdır. Cəmi dövlət təminatında olanlar isə 929474 nəfər. Başqa sözlə, iki milyondan çox insan dövlətin sosial müdafiə tədbirləri ilə birbaşa əhatə olunub. Yəni hər 5 nəfərdən biri dövlətdən pensiya, müavinat, təqaüd, yaxud başqa yardım alır”.

Musa Quliyev vurğulayıb ki, hazırda ölkəmizdə iqtisadi fəal əhali 5355400 nəfər, məşğul əhalinin sayı5074200 nəfər, muzdlu işçılərin sayı1770000 (35%), işsiz kimi qeydiyyatda olanlar231300 nəfərdir: “İşsizliyə görə sığorta ödənişinin orta aylıq məbbləğ 437,1 mantdır. Yeni açılan iş yerlərinin sayı 48,9 mindir. Bu qeyri-dövlət sektori92.1%təşkil edir ki, bunun 74,7%-i Bakıda şəhərindədir. Bağlanan iş yerlərininsayı4,3 mindir ki, bu da 54,3%-dir və qeyri-dövlət sektorunu əhatə edir”.

Seçilən
42
2
teleqraf.com

3Mənbələr