AZ

65 yaşı tamam olan şəxslə əmək müqaviləsi hansı halda uzadıla bilər?- Açıqlama

Azərbaycan qanunvericiliyinə görə dövlət qulluğunda çalışan şəxslər üçün pensiya yaşı 65 olaraq müəyyən edilib. Lakin bəzi sahələrdə və ya müəyyən şərtlər daxilində bu yaş həddini keçmiş şəxslərin iş fəaliyyətini davam etdirməsi mümkündür. Bu, xüsusilə təcrübəli kadrların saxlanması, sahə üzrə mütəxəssislərin çatışmazlığı və ya xüsusi razılaşmalarla bağlı ola bilər. Azərbaycan qanunvericiliyinə görə 65 yaşı tamam olan şəxslə əmək müqaviləsi hansı hallarda uzadıla bilər? Bu məsələdə istisnalar və ya xüsusi şərtlər varmı? 
Moderator.az a-a danışan Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev deyib ki, Əmək Məcəlləsinin 70-ci maddəsi işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarını müəyyən edir:
 
“Bu normaya əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 10-1-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65 yaş müəyyən edilib. Həmin maddənin 2-ci bəndinə əsasən isə 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına isə yol verilmir”.
 
Vəkilin sözlərinə görə, ancaq elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən yuxarıda qeyd etdiyimiz müddətdən artıq da uzadıla bilər:
 
“Məsələn, universitet professoru 65 yaşına çatdıqda onunla əmək müqaviləsinə çalışmanın yaş həddinə çatması əsası ilə xitam verilə bilməz və o, sağlamlığı imkan verən yaşa qədər ali məktəbdə çalışa bilər.
 
Qeyd edək ki, qanunvericilikdə özəl müəssəsislərdə işçinin yaşı ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmayıb”.
“Pensiya yaşına iki il qalmış vətəndaş işsiz qalanda onun yenidən işə qəbul olması çətin olur. Bir sıra ölkələrdə əmək məcəlləsində işçinin işdən azad olunması qadağan edilib”.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deputat Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda da bu yaşda şəxslərin əmək bazarında qorunub saxlanılması üçün bu cür qanun layihəsi hazırlamaq lazımdır.
“Ona görə də bu il Əmək məcəlləsinə dəyişiklik edilməsi də iş planına əlavə edilməsini tövsiyə edirəm”- sonda qeyd edib. Komitə sədri Musa Quliyev da bu təklifi müsbət qiymətləndirib.
 
Mehin Mehmanqızı
 
Seçilən
1
2
moderator.az

3Mənbələr