"TASS"xəbəragentliyi Rusiya Daxili İşlər Nazirliyinə istinadən xəbər yayıb ki, sözügedən əcnəbilərə yalnız bir gün ərzində öz hüquqi statuslarını tənzimləmək imkanı verilib. Sabah, yəni sentyabrın 11-də isə Rusiya Prezidentinin müvafiq fərmanında vurğulanmış möhlət artıq başa çatacağı üçün bu imkan aradan qaldırılacaq.
"Həmin xarici vətəndaşlar sabah Rusiya ərazisindən çıxarılmazdan qabaq onların gələcəkdə yenidən ölkəyə girişinin və digər müəyyən hüquqlarının məhdudlaşdırılması məqsədilə lazımi tədbirlər həyata keçiriləcək",– məlumatda vurğulanıb.
Bildirilib ki, buqəraröz vətənlərində daimi qeydiyyata malikukraynalılara da aiddir.
Eyni zamanda, sabahdan etibarən Rusiyada yaşamaq hüququnu itirmiş əcnəbilərin nikah və y boşanma üçün ərizə vermə hüququna qadağa qoyulacaq. Onlar həmçininövladlarını uşaq bağçalarına, təhsil müəssisələrinə yazdıra, nəqliyyat vasitəsi idarə edə, habelə gündəlik xidmətlərdən yararlana bilməyəcəklər.
Firudin Həmidli
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta