"Karvan" iki futbolçusu ilə vidalaşıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Rəhman Şabanov və Ceyhun Bağırzadə ilə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.
"Karvan" xidmətlərinə görə oyunçulara təşəkkür edib, onlara gələcək karyerasında uğurlar arzulayıb.
"Karvan" bunadək Emil Qasımov, Ezekiel Morqan, Bəhruz Teymurov,İzzət Müştaqov, Elvin İsmayılov, Müşviq Teymurov, Peyman Keşhavarzi, İlham Hüseynov, Məmməd Muradov, Aref Muhammedalipour, Begzod Khulikulov, Roman Hüseynov və Kənan Quliyevlə də vidalaşıb.