AZ

Bakıda qəza törədib hadisə yerindən qaçan sürücü tapıldı VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Bakıda yol qəzası törədib hadisə yerindən uzaqlaşan sürücü saxlanılıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis kapitanı Toğrul Nəsirli məlumat verib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə yayılan görüntülər əsasında aparılan araşdırma nəticəsində hadisənin Binəqədi rayonu ərazisində, DSK yolu kimi tanınan yolda baş verdiyi müəyyən edilib.

Məlum olub ki, sentyabrın 9-da “İsuzu” markalı, 77 GR 125 dövlət nömrə nişanlı yük maşını iki avtomobilə ziyan vuraraq hadisə yerindən yayınmışdır.

Qəzanı törədərək məsuliyyətdən yayılmağa çalışan sürücü sonradan müəyyən olunub və barəsində müvafiq hüquqi tədbirlər görülüb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
avtosfer.az

1Mənbələr