AZ

Xalq artisti Aygün Kazımova səhnədə həmkarını pərt etdi - Video

Xalq artisti Aygün Kazımova müğənni həmkarı Eldəniz Məmmədovu səhnədə gözlənilməz hərəkəti ilə pərt edib.

Musavat.com xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayımlanıb. Belə ki, Aygün Kazımova pərəstişkarları ilə danışarkən Eldəniz Məmmədov onunla şəkil çəkdirmək məqsədilə səhnəyə qalxıb.

Lakin Xalq artisti bu hərəkətə sərt reaksiya göstərib:

"Nə olub, cavan oğlan? Görürsünüz ki, mən danışıram. Müğənni müğənniyə bu cür hörmət edər? Oxuduğum yerdə çıxıb telefonla şəkil çəkər?"

Daha sonra Aygün Kazımova həmkarı ilə şəkil çəkdirməkdən imtina edərək onu səhnədə pərt edib.

Xalq artistinin həmkarına qarşı bu cür reaksiyası sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Həmin görüntüləri təqdim edirik:


Xalidə Gəray
Musavat.com

Seçilən
17
musavat.com

1Mənbələr