AZ

Azərbaycan Turizm Bürosu Seul şəhərində şəbəkələşmə tədbiri keçirib

Azvision portalından verilən məlumata əsasən, ain.az bildirir.

Tədbirə media qurumlarının, turizm agentliklərinin, hotellərin, eləcə də “Korean Air”, “Flydubai” və “Qatar Airways” kimi beynəlxalq aviaşirkətlərin nümayəndələri daxil olmaqla, 80-dən çox iştirakçı qatılıb. Mətbuat konfransında koreyalı media nümayəndələri Azərbaycanın turizm potensialı və son yenilikləri barədə ətraflı məlumatlandırılıblar.

Tədbirdə Azərbaycan Respublikasının Koreya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov iştirak edib. Şəbəkələşmə proqramı çərçivəsində keçirilən B2B formatlı görüşlərdə koreyalı turizm agentlikləri ilə yerli turizm şirkətləri, hotellər və beynəlxalq aviaşirkətlərin nümayəndələri arasında əməkdaşlıq imkanları müzakirə olunub. AzVision.az

Qalereya

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
6
azvision.az

7Mənbələr