AZ

İranın Azərbaycana qeyri-neft məhsulları ixracında azalma qeydə alınıb

Bakı. Trend:

Cari İran ilinin 5 ayı (21 mart -22 avqust 2025) ərzində İranınAzərbaycana qeyri-neft məhsul ixracı ötən İran ilinin analoji dövrüilə (20 mart -21 avqust 2024) müqayisədə dəyər baxımından 25%, çəkibaxımından 5% azalıb.

Bu barədə Trend İranın Gömrük Administrasiyasının statistikasınaistinadən məlumat verib.

Statistikaya əsasən, 5 ayda İranın Azərbaycana qeyri-neft məhsulixracı dəyər baxımından təxminən 224 milyon dollar, çəki baxımındantəxminən 346 min ton təşkil edib.

Statistikada bildirilir ki, ötən ilin analoji dövründə İranAzərbaycana 298 milyon dollar dəyərində 364 min ton qeyri-neftməhsulları ixrac edib.

Statistikada deyilir ki, İran Azərbaycana əsasən kəndtəsərrüfatı və ərzaq məhsullar, sənaye məhsulları, neft-kimya vəkimyəvi məhsullar ixrac edib.

Statistikaya görə, 5 ayda İranın Azərbaycanla ticarət dövriyəsi228 milyon dollar dəyərində 348 min ton təşkil edib. Ticarətdövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından25,7%, çəki baxımından 7,5% azalıb.

Qeyd edək ki, İranın Gömrük Administrasiyasının hesabatınaəsasən, 5 ay ərzində İranın qeyri-neft məhsul ixracı 20,9 milyarddollar dəyərində 61,3 milyon ton təşkil edib. 5 ay ərzindəqeyri-neft məhsul ixracı ötən ilin analoji dövrü ilə müqayisədədəyər baxımından 6% azalıb, çəki baxımından 0,7% artıb.

Məqalədə:
Seçilən
64
az.trend.az

1Mənbələr