AZ

"Ceyhun Bayramovun Brendan Hanrahan ilə görüşü təkcə rəsmi protokol tədbiri deyil, həm də real diplomatik addımların təzahürüdür" - AÇIQLAMA

"Ceyhun Bayramovun Brendan Hanrahan ilə görüşü təkcə rəsmi protokol tədbiri deyil, həm də real diplomatik addımların təzahürüdür" - AÇIQLAMAAzərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun baş rəsmisi Brendan Hanrahanı qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı Azərbaycan-ABŞ münasibətləri, Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumundan irəli gələn məsələlər, Azərbaycan-Ermənistan normallaşma prosesi, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

"Bu görüş Azərbaycan-ABŞ münasibətlərinin strateji dərinliyini bir daha göstərir. Xarici İşlər Naziri Ceyhun Bayramovun ABŞ Dövlət Departamentinin yüksək səviyyəli rəsmisi Brendan Hanrahan ilə görüşü təkcə rəsmi protokol tədbiri deyil, həm də real diplomatik addımların təzahürüdür" - bunları Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:

"Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması Azərbaycan tərəfinin təşəbbüskar və praqmatik mövqeyini ortaya qoyur. Bu, ölkəmizin beynəlxalq əməkdaşlıq platformalarında söz sahibinə çevrildiyini göstərir. Eyni zamanda, görüşdə Azərbaycan-Ermənistan normallaşma prosesi diqqət mərkəzində olub, bu isə regionda sülh və sabitlik üçün Azərbaycanın lider rolunu təsdiqləyir.

Tarixi Vaşinqton görüşünün nəticələrinin vurğulanması, xüsusilə sülh müqaviləsinin paraflanması və münaqişənin qalıqlarının ləğvi, Azərbaycanın diplomatik çevikliyi və məsuliyyətli yanaşmasını əks etdirir. Bu, həm də beynəlxalq ictimaiyyətə Azərbaycanın sülh təşəbbüskarı kimi mövqeyini güclü şəkildə göstərir.

Cari ilin avqust ayında aparılan ali səviyyəli təmaslar isə Azərbaycan-ABŞ münasibətlərinin davamlı olaraq inkişaf etdiyini, iki ölkənin qarşılıqlı maraqlar ətrafında birləşdiyini nümayiş etdirir. Enerji, təhlükəsizlik və regional sabitlik sahələrində aparılan fikir mübadiləsi Azərbaycan üçün strateji dividentlər yaradır.

Ümumilikdə, bu görüş Azərbaycanın beynəlxalq diplomatiyada aktiv və etibarlı tərəfdaş kimi rolunu möhkəmləndirir, regionda sülh gündəliyinin irəlilədilməsi üçün real mexanizmlər formalaşdırır və Azərbaycan-ABŞ əməkdaşlığının həm siyasi, həm də iqtisadi dərinliyini göstərir".

Seçilən
4
sonxeber.az

1Mənbələr