AZ

Komitə sədri: Muzdlu işçilərin sayı az olduqca, pensiya təminatında problemlər olacaq

Azərbaycanda muzdlu işçilərin sayı 1 770 000 nəfərdir. Düşünürəm bu rəqəm aşağıdır.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib. 

Komitə sədri bildirib ki, hökumətin aidiyyəti qurumları bu istiqamətdə işi artırmalıdır: “Bu rəqəm bizi narahat etməlidir. Çünki muzdlu işçilər məşğul əhalinin 35 faizini təşkil edir. Bu rəqəm aşağıdır. Nə qədər ki, bu rəqəm aşağıdır, bizim həmişə pensiya təminatında, vergilərdə, sosial sığortanın yığılmasında problemlərimiz olacaq. Ölkəmizdə bu ilin birinci yarısında iqtisadi fəal əhalinin sayı 5 355 400 nəfər təşkil edib. Məşğul əhalinin sayı 5 074 200 nəfər, muzdlu işçilərin sayı 1 milyon 770 min nəfər olub. Ölkədə yeni açılan iş yerlərinin sayı 48,9 mindir, təəssüf ki, onların 74,7 faizi Bakının üzərinə düşür. Bağlanan iş yerlərinin sayı isə il ərzində 4,3 min olub. Mən ölkədə iş yerlərinin bağlanmasının əleyhinəyəm. Xüsusi ilə dövlət sektorunda iş yerləri bağlanmamalıdır. Dövlət sektorunda iş yerlərinin bağlanmasını yaxşı hal hesab etmirəm. Ümumiyyətlə, iş yerlərinin bağlanmasının tərəfdarı deyiləm”.

Komitə sədri bildirib ki, bu ilin birinci yarım ilində yeni açılan iş yerlərinin sayı 48,9 min olub. Onun sözlərinə görə, bunlardan 92,1%-i qeyri-dövlət sektorunu əhatə edir: “Bu, yaxşı göstəricidir. Bağlanan iş yerlərinin sayı isə 4,3 min - 54,3%-i qeyri-dövlət sektoru olub. Dövlət sektorunda iş yerlərinin bağlanmasının qəti tərəfdarı deyiləm. Bəziləri deyirlər ki, bu, dövlətin yükünü azaltmaqdır. Dövlətin sosial məsuliyyətindən biri də vətəndaşı iş yeri ilə təmin etməkdir". 

 

Seçilən
27
7
xezerxeber.az

8Mənbələr