AZ

Aygün Kazımova ilə Eldəniz Məmmədovun səhnədə dialoqu gündəm oldu VİDEO+AÇIQLAMA

Azxeber.com saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xalq artisti Aygün Kazımova səhnə aldığı məkanlardan birində tanınmış müğənni Eldəniz Məmmədovla maraqlı dialoq yaşanıb.

AZXEBER.COM xəbər verir ki, müğənni Eldəniz Məmmədov anidən səhnəyə çıxıb və xalq artistinə toxunaraq, söz deməyə başlayıb. 

Eldəniz Məmmədovun bu hərəkətinə Aygün Kazımova sərt reaksiya verib:

"Görürsünüz, danışıram? Nə olub? Müğənnisiniz, başa düşürəm, amma müğənni müğənniyə belə hörmət etməlidir. Danışdığım, oxuduğum yerdə telefonla səhnəyə çıxıb şəkil çəkdirirsiniz. Siz oxuyanda özünüz çıxış edərsiniz, indi meydan mənimdir". 

Müğənnilərin bu dialoqu sosial şəbəkələrdə geniş paylaşılıb.

AZXEBER.COM mövzu ilə bağlı Eldəniz Məmmədovla əlaqə saxlayıb. O hadisə haqda qısa açıqlama verib: 

"Bu haqda danışmaq istəmirəm. Ümumiyyətlə bu mövzuda danışmağı özümə ayıb bilirəm".

Həmin görüntüləri təqdim edirik: 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
azxeber.com

1Mənbələr