AZ

PFL rəsmiləri “İmişli” üçün Qubaya getdi, nöqsanları gördü, son qərar verildi

"Dünən Quba Olimpiya Kompleksinin stadionuna son baxış keçirdik. Klub oyunların burada keçirilməsi üçün xeyli iş görüb”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Peşəkar Futbol Liqasının mətbuat katibi Sənan Abdullayev deyib.

İmişli stadionu tələblərə cavab vermədiyindən, rayonun eyniadlı komandası çempionatın startından bu yana “Turan Tovuz”la “Neftçi”ni nominal meydan sahibi qismində Şamaxıda qəbul etmişdi.

Lakin bundan sonra Quba Olimpiya Komplkesinin qapıları Premyer Liqa oyunlarının üzünə açılacaq.

Hərçənd, stadiondakı çatışmazlıqlar tbu günə qədər am aradan qaldırılmayıb:

“Bəzi işlər isə hələ də davam edir. Bura media sektor və canlı yayım üçün çəkiliş platformaları daxildir. Amma onlarla da bağlı işlərin böyük hissəsi görülüb, tamamlama işləri gedir.

Bu gün bununla bağlı Peşəkar Futbol Liqasının İdarə Heyətinin görüşü oldu. Klubla da yenidən əlaqəyə quruldu. Qalan məsələlər bir daha müzakirə olundu.

Düşünürük ki, qeyd etdiyimiz kiçik tamamlama işləri də o vaxtadək yekunlaşacaq. Beləliklə, “İmişli” klubu bundan sonrakı ev oyunlarını Quba Olimpiya Kompleksinin stadionunda keçirə biləcək. Bura bu həftəsonu baş tutacaq “Sumqayıt”la qarşılaşma da daxildir”.

Sentyabrın 13-də Quba Olimpiya Kompleksinin stadionunda keçiriləcək “İmişli” – “Sumqayıt” oyunu saat 16:30-da başlayacaq.

HƏBİB

Seçilən
29
2
sportinfo.az

3Mənbələr