AZ

15 milyon kredit götürüb xanımı ilə Baliyə qaçdı

Türkiyəli aktyor Ceyhun Mengiroğlu dələduzluqda ittiham olunur.

Gundem.az Türkiyə mətbuatına xəbər verir ki, iddialara görə, Mengiroğlu əvvəlcə müxtəlif banklardan 5 milyon TL (206 min AZN) kredit götürüb. Bununla kifayətlənməyən aktyor “sərmayə qoyacağam” deyərək daha 10 milyon TL məbləğində kreditdən yararlanıb.

Bildirilir ki, o, borcları götürdükdən sonra həyat yoldaşı Sena Mengiroğlu ilə birlikdə dərhal Baliyə qaçıb. Kreditorlar isə Ceyhunla əlaqə saxlaya bilmirlər.

Aktyorun xanımı Sena isə kreditorlarla telefon danışığında onlara Ceyhunla ayrıldıqlarını deyib: “Biz ayrıldıq. Bilmirəm Ceyhun haradadır. Bir daha mənə zəng etməyin”.

Lakin bu məqamda cütlüyün bir müddət öncə Balidən birgə paylaşımları diqqət çəkib.

Qeyd edək ki, Ceyhun “Teşkilat”, “Yasak elma”, “Rüya”, “Payitaht: Abdülhamid” kimi seriallarda rol alıb.

 

Seçilən
12
6
gundem.az

10Mənbələr