AZ

Rusiya Ukrayna ilə daha bir razılaşmanı pozdu: Söhbət nəddən gedir?

Rusiya, Ukrayna ilə mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlıq haqqında olan müqaviləni ləğv edib. Vətəninfo.az xəbər verir ki, rəsmi açıqlama hüquqi informasiya portalında dərc olunub.

“2025-ci il avqustun 28-də Rusiya Federasiyası Hökuməti ilə Ukrayna Hökuməti arasında mədəniyyət, elm və təhsil sahəsində əməkdaşlıq haqqında Saziş ləğv edilib” – məlumatda deyilir. Bu müqavilə 1995-ci il iyulun 26-da Moskvada imzalanıb.

Sənəddə humanitar sahədə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, tələbə, elm və mədəniyyət xadimlərinin mübadiləsi, həmçinin birgə təhsil və mədəniyyət proqramlarının həyata keçirilməsi nəzərdə tutulurdu. Müqavilənin 17-ci maddəsinə əsasən, tərəflər milli azlıqlara öz ana dilində təhsil almaq imkanını təmin etməyi öhdələrinə götürüblər.

Seçilən
25
veteninfo.az

1Mənbələr