AZ

“Vətəndaşın burada nə işi var?” Aygün həmkarını pərt etdi Video

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xalq artisti Aygün Kazımova ilə həmkarı Eldəniz Məmmədov arasında anlaşılmazlıq yaşanıb. 

“Qafqazinfo” xəbər verir ki, anlaşılmazlıq məclislərin birində A.Kazımova səhnədə çıxış edərkən baş verib.

Belə ki, A.Kazımova səhnədə olarkən Eldəniz Məmmədov da platformaya çıxıb. Bu zaman A.Kazımova müğənninin bu davranışını düzgün hesab etməyərək həmkarından kim olduğunu soruşub. E.Məmmədov isə cavabında vətəndaş olduğunu bildirib. 

“Vətəndaşın burada nə işi var? Burada müğənni olur. Müğənnisiniz başa düşürəm, Eldəniz müəllim, bəs bu telefon nədir? Müğənni müğənniyə belə hörmət edir, oxuduğu, danışdığı yerdə telefonla səhnəyə çıxır? Siz çıxış edərkən meydan oxuyarsınız, indi bu meydan mənim meydanımdır”.

İzləyicilər Xalq artistinin öz həmkarını bu cür pərt etməsini ona yaraşdırmayıblar. 

Məsələ ilə bağlı Manset.az-a açıqlama verən Eldəniz Məmmədov bildirib ki, Aygün Kazımova onu təhqir etməyib:

“Aygün xanım bizim dəyərli sənətkarımızdır. Orada deyirdim ki, bəylə gəlini səhnəyə dəvət etsin. Bəy mənim dostumun oğludur. O da, deyəsən, hər şey vaxtla idi. Buna görə insident yarandı. Orada heç bir problem yoxdur. Aygün xanım bizim divamızdır və ona böyük hörmətim var. Sadəcə deyib ki, mən danışıram. Ola bilər, mən də səhv etdim. Mənim səhnədə nə işim var idi ki? Gərək deməzdim onu. Bizim bir Röyamız, Aygünümüz, Brilliantımız var. Onların qədrini bilməliyik. Onlar estrada müğənniləridir. Mən də öz sahəmdə 30-35 ildir musiqimizin qorunub saxlanmasına xidmət edirəm”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
3
qafqazinfo.az

4Mənbələr