AZ

Türkiyəli məşhur aktyor dələduzluqda ittiham olunur - FOTO

Məşhur aktyor Ceyhun Mengiroğlu dələduzluqda ittiham olunur.

Ölkə.Az-ın “Hürriyet”ə istinadla məlumatına görə, aktyorun külli miqdarda borc götürərək həyat yoldaşı ilə birlikdə Baliyə getdiyi iddia edilib.

Mengiroğlunun 5 milyon lirə kredit, 1,5 milyon lirə kredit kartı xərci və sektordakılardan “sərmayə qoyacağam” deyərək 10 milyon lirə (cəmi 600 min manatdan çox) borc aldığı bildirilir.

Aktyora borc verən şəxslər onunla əlaqə saxlaya bilmədiklərini deyirlər.

Cütlük sosial şəbəkələrdə tez-tez tətil fotolarını paylaşır, hətta iki həftə əvvəl birlikdə çəkdirdikləri şəkilləri də yayımlayıblar.

Borc verən şəxslər aktyorla əlaqə yarada bilmədikləri üçün onun həyat yoldaşı Sena Mengiroğlu ilə danışıb. Senanın ona zəng edən şəxslərə “Ayrılmışıq, Ceyhunun harada olduğunu bilmirəm. Bir də mənə yığmayın” dediyi iddia olunur.

Qeyd edək ki, C.Mengiroğlu “Adı Mutluluk”, “Paramparça”, “Rüya”, “Payitaht Abdülhamid”, “Maria ile Mustafa”, “İkimizin Sırrı” və “Yasak elma” seriallarında müxtəlif obrazları canlandırıb.

Billurə

Seçilən
17
olke.az

1Mənbələr