“Football-plus.az” xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyası məlumat yayıb:
“Rəsmi “yutub” kanalımız vasitəsilə Ukrayna millisinin baş məşqçisi Sergey Rebrovun oyunsonrası mətbuat konfransının canlı yayınlanması nəzərdə tutulurdu. Lakin Bakıda – meydan sahibləri tərəfindən göstərilən xidmət texniki səbəblər üzündən dayandırıldığı üçün canlı yayın mümkünsüzə çevrildi. Tezliklə konfransın videoyazısını dərc edəcəyik”.
Qeyd edək ki, matç “CBC Sport” vasitəsilə canlı yayınlanıb.KƏNAN BAHADIR