
Böyük Qayıdış Proqramı çərçivəsində sabah Qarabağa növbəti köç karvanları yola salınacaq.
Reyting.az APA-ya istinadla xəbər verir ki, Xocalının Şuşakənd kəndinə ilk köç karvanı gedəcək.
Şuşakəndlə bərabər, Xocavəndin Sos kəndinə və Qırmızı Bazar qəsəbəsinə ilk köç yola düşəcək.