AZ

Ukrayna Futbol Assosiasiyası Bakıda yaşanan problemi ifşa etdi! “CBC Sport”da nə baş verib?

Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində dünən keçirilən Azərbaycan – Ukrayna matçı təkcə hesaba görə yox, həm də matçdan sonra yaşanan xoşagəlməz hadisə üzündən ukraynalı futbolsevərlərin narazılığına səbəb olub. Belə ki, qonaqların baş məşqçisi Sergey Rebrovun oyunsonrası mətbuat konfransının canlı yayınlanması mümkün olmayıb. Daha dəqiqi, final fitindən sonra yayın kəsilib.“Football-plus.az” xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyası məlumat yayıb:

“Rəsmi “yutub” kanalımız vasitəsilə Ukrayna millisinin baş məşqçisi Sergey Rebrovun oyunsonrası mətbuat konfransının canlı yayınlanması nəzərdə tutulurdu. Lakin Bakıda – meydan sahibləri tərəfindən göstərilən xidmət texniki səbəblər üzündən dayandırıldığı üçün canlı yayın mümkünsüzə çevrildi. Tezliklə konfransın videoyazısını dərc edəcəyik”.

Qeyd edək ki, matç “CBC Sport” vasitəsilə canlı yayınlanıb.KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
65
1
icma.az

2Mənbələr