AZ

Məşhur aktyor 20 milyona mülk aldı

Amerikalı aktyor Riçard Gere və həyat yoldaşı Alejandra Silva İspaniyanın A Korunya ştatının Oleyros şəhərində 10 milyon avroya malikanə alıblar.


Manset.az xəbər verir ki, bu barədə "Semana" jurnalı məlumat  yayıb.

Məlumata görə, malikanə Santa Kristina çimərliyinin yaxınlığında yerləşir və dənizə baxır. Ev, 1930-cu illərdə katalon memarı Jordi Tell tərəfindən tikilmiş məşhur Cervigón villasıdır.

Cütlük, bir il əvvəl ABŞ-ni tərk edib İspaniyaya köçüblər və Madriddə dəbdəbəli bir ev alıblar. İndi isə Qalisiyada yeni malikanə alaraq, ölkə ilə əlaqələrini gücləndiriblər.

Riçard Gere, Qalisiyaya heyran olduğunu və buranın öz uşaqlığını xatırlatdığını bildirib: "Bura çox gözəldir, ağaclar və yaşıllıqlar mənim böyüdüyüm yerə bənzəyir."

Seçilən
16
manset.az

1Mənbələr