Sea Breeze

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının birgə təşkilatçılığı ilə “Əlilliyi olan şəxslərin əməyindən istifadə, onlar üçün əməyin mühafizəsinin və təhlükəsizlik texnikasının təmin edilməsi, həmçinin iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları” mövzusunda maarifləndirici tədbir təşkil olunub.

Tədbirdə 20 dövlət və qeyri-dövlət müəssisəsini təmsil edən 25 nümayəndə iştirak edib.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları əlilliyi olan şəxslərin əmək hüquqları ilə bağlı mövcud qanunvericilik tələblərini iştirakçıların diqqətinə çatdırıb, bu istiqamətdə görülən tədbirlərin əhəmiyyətini vurğulayıblar. Həmçinin iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, əməyin mühafizəsi və təhlükəsizlik normalarına riayət olunması məsələləri barədə məlumat verilib.

Daha sonra Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının əməkdaşı müəssisələrdə əməyin mühafizəsi üzrə standart və qaydaların tətbiqi, yeni qəbul edilmiş standartların tətbiq sahələri, mərkəzin fəaliyyət istiqamətləri və iş yerlərinin attestasiyasının keçirilməsi prosedurları barədə ətraflı məlumat təqdim edib.

Sonda iştirakçıların əmək qanunvericiliyinin tələblərinin tətbiqi ilə bağlı sualları cavablandırılıb.

ETX
ETX
Baku Water Week
ETX
Baku Water Week
ETX