AZ

Azərbaycanın şahmat komandası yoldaşlıq görüşündə Vyetnama qalib gəlib

Bakı, 10 sentyabr, AZƏRTAC

Azərbaycan və Vyetnam komandaları arasında onlayn yoldaşlıq görüşü keçirilib.

Şahmat Federasiyasından AZƏRTAC-a bildirilib ki, 8, 10 və 12 yaş kateqoriyasında yığma üzvlərinin iştirak etdiyi yarış komandamızın 7:5 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan komandasının heyətində Nazlı Rüstəmli, Mehriban Əhmədli, Fatimə Mirzəliyeva, Kənan Babasoy, Atilla Orman və Nurlan Əzizli iştirak ediblər.

Qeyd edək ki, yoldaşlıq görüşü Qazaxıstanda keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyıb.

Seçilən
57
5
azertag.az

10Mənbələr