19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası sentyabrın 14-dək Bakıda, ardından Moldovanın paytaxtı Kişineuda təlim-məşq toplanışında olacaq.


Rekord.az xəbər verir ki, U-19 Kişineu toplanışı çərçivəsində Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü keçirəcək.


Milliyə dəvət olunan futbolçuların adlarını, oyunların vaxtını və stadionunu nəzərinizə çatdırırıq:


1. Nərgiz Ağaliyeva - Şəfa

2. Firuzə Bayramova - Dirçəliş

3. Vahidə Əlipaşayeva - Vera (Gürcüstan)

4. Mədinə Curuqova - Neftçi

5. Arzu Cəfərova - Şəfa

6. Mədinə Qədiməliyeva - Sumqayıt

7. Səma Əsədova - Sabah

8. Yelizaveta Vaysman - Şəfa

9. Ülviyyə İslamova - Baku Juniors

10. Pərişan Abdullayeva - Liman

11. Xanım Əsədova - Neftçi

12. Aygün Novruzova - Sabah

13. Aysu Əsədova - Sabah

14. Ayan Abdiyeva - Liman

15. Aysel Cumayeva - Liman

16. Məsumə Nəzərli - Neftçi

17. Ayşən Salamzadə - Neftçi

18. Arzu Ağaliyeva - Şəfa

19. Şahnazə Rüstəmli - Təhsil

20. Fidan Əsədzadə - Təhsil

21. Gülnaz Şabanova - Şəfa

22. Günay Sultanlı - Sabah

23. Natella Məmmədova – Şəfa


16 sentyabr

17:00. Moldova (U-19, Qadınlar) - Azərbaycan (U-19, Qadınlar)

CPSM stadionu, Kişineu

 

18 sentyabr

17:00. Moldova (U-19, Qadınlar) - Azərbaycan (U-19, Qadınlar)

CPSM stadionu, Kişineu


Qeyd: oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.