AZ

Zabratda su borusu partlayıb, EVLƏRİ SU BASIB

ain.az bildirir, Baku.ws portalına istinadən.

Zabrat 1 qəsəbəsində su borusunun partlaması nəticəsində sakinlər çətin vəziyyətdə qalıb.

BAKU.WS-in "qaynar xətt"inə daxil olan şikayətdə bildirilir ki, hadisə artıq bir həftədir davam edir. Sakinlərin sözlərinə görə, onlar hər gün aidiyyəti qurumlara zəng etsələr də, problemin aradan qaldırılması ilə bağlı heç bir tədbir görülməyib.

"Evimizin altını su basıb. Artıq vəziyyət dözülməz hal alıb. Xahiş edirik ki, bu məsələ ilə bağlı tədbir görülsün", – şikayətçilər bildirir.

Həmin görüntüləri təqdim edirik:

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
1
baku.ws

2Mənbələr