Aktyor Yağmur Atacan həyat yoldaşı Pınar Altuğun yoqa təlimçisi ilə məşq etdiyi videolara görə ünvanlanan tənqidlərə münasibət bildirib.
Musavat.com xəbər verir ki, Pınar Altuğun yoqa təlimçisi ilə işləməsi sosial mediada müzakirə mənbəyinə çevrilir. Bəzi istifadəçilər “Yağmur Atacan qısqanc deyilmi?” kimi şərhlərlə paylaşılan görüntüləri tənqid edib. Yağmur Atacan bu şərhlərə birbaşa diqqətçəkən cavab verib:
"Pınarın 50-dən çox yaşı var, amma o yaşda görünmür. Tənqid edənlər paxıllıq edirlər. Bu qədər dardüşüncəli olmamalıyıq".
Pınar Altuğun yoqa təlimatçısı ilə məşq etdiyi videolar qısa zamanda çoxlu istifadəçi sayına çatıb. Şərhlərin əksəriyyəti müsbət olsa da, bəzi izləyicilər cütlüyün şəxsi həyatını tənqid edib. Bir izləyicisi “Yağmur bəy qısqanc deyilmi?” deyə soruşduqda, Atacan “Niyə olsun ki?” deyə cavab verərək məsələyə aydınlıq gətirib.
Qeyd edək ki, 1994-cü ildə "Miss Türkiyə" titulunu alan Pınar Altuğ 2008-ci ildə özündən 9 yaş kiçik Yağmur Atacanla ailə həyatı qurub. Cütlük 2009-cu ildə Su adlı qızlarının dünyaya gəlməsi ilə valideyn olmaq sevincini yaşayıb. İllərdir birlikdə olan ikili ictimaiyyətə nümunəvi cütlük kimi tanınır.
Könül
Musavat.com