AZ

NATO Polşaya hücumdan sonra 4-cü maddəni işə saldı

Rusiya istehsalı olan pilotsuz uçuş aparatlarının Polşa ərazisinə hücumu fonunda NATO Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsini tətbiq edib.

Editor.az xəbər verir ki, bu barədə Polşa hökumətinin sözçüsü Adam Şlapka Polsat News telekanalına açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, artıq müvafiq prosedura çərçivəsində məsləhətləşmələr keçirilib.

Maddə 4 nəyi nəzərdə tutur?

Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsinə əsasən, üzv dövlətlərdən hər hansı biri ərazi bütövlüyünə, siyasi müstəqilliyinə və ya təhlükəsizliyinə təhlükə gördüyü halda, NATO müttəfiqləri ilə birgə məsləhətləşmələr apara bilər.

//Samir Qurbanov, Editor.az

Seçilən
7
editor.az

1Mənbələr