AZ

Müğənni Zaur Mikayılova çürük borulardan şikayətləndi: “Qaynar xətt”ə dəfələrlə zəng edib, gəlirlər, sadəcə yamayırlar, amma..."

"Xətai rayonu, Babək prospekti 10 ünvanında “Azərsu”nun *(Su Ehtiyatları Agentliyini nəzərdə tutur - Mia.az) yolda yerləşən su borusu çürüyüb. Boru tez-tez deşilir, su axıb binanın altındakı avtodayanacağa tökülür. Nəticədə qaraj daim suyun içində qalır. Komendant “qaynar xətt”ə dəfələrlə zəng edib, gəlirlər, sadəcə yamayırlar, amma borunu dəyişmirlər. Bir müddət keçəndən sonra yenə eyni hal təkrarlanır".

Mia.az xəbər verir ki, bu məlumatı müğənni Nura Suri paylaşıb.

"Qar və yağış yağanda Azərsunun borularına görə camaat suyun içində qalır, həyatını itirənlər də olur. Amma “Azərsu” buna məhəl qoymur. Bəs hara şikayət edək? Yenə ölkə prezidentinə müraciət edək? Nə etməliyik ki, bu şirkət işini normal şəkildə yerinə yetirsin?"

Firudin

MİA.AZ

Seçilən
70
2
mia.az

6Mənbələr