AZ

SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva Türkiyənin Özyeğin Universitetinin rektoru ilə görüşüb

SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva Türkiyənin Özyeğin Universitetinin rektoru, professor Barış Tan ilə görüşüb. Görüşdə universitetin fəaliyyəti və təhsil imkanları haqqında məlumat verilib, süni intellekt və informasiya təhlükəsizliyi sahələrində Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

“İki sahil” xəbər verir ki, görüş çərçivəsində, həmçinin dayanıqlılıq, inklüzivlik, qadınların liderlikdə iştirakının artırılması istiqamətində qarşılıqlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 2007-ci ildə Türkiyədə təsis edilən Özyeğin Universitetində hazırda müxtəlif ixtisaslar üzrə 250 azərbaycanlı tələbə təhsil alır.

Seçilən
21
ikisahil.az

1Mənbələr