AZ

Bu iPhone modelləri sıradan çıxarılır - Bu tarixdən...

Xəbər verdiyimiz kimi, "Apple" yeni modeli "iPhone 17"ni təqdim edib.

Gundem.az xəbər verir ki, bununla yanaşı şirkət bir sıra məşhur cihazların istehsalını dayandırır.

Rəsmi satış kanalından çıxarılan modellər bunlardır:

"iPhone 15" və "iPhone 15 Plus" - "Plus" seriyası artıq "Air" ilə əvəzlənəcək.

"iPhone 16 Pro" və "16 Pro Max" - yeni nəsil modellərə yol açır.

"Apple Watch Series 10" və "Watch Ultra 2" - yerini yeni versiyalara buraxır.

"AirPods Pro 2" - qarşıdakı "AirPods Pro 3" ilə əvəzlənəcək.

Şirkət beləliklə köhnə cihazları rəflərdən yığışdıraraq tamamilə yeni məhsul xəttinə fokuslanır.

Qeyd edək ki, "iPhone"un yeni modellərinin ön sifarişləri 12 sentyabrda, satışlar isə 19 sentyabr 2025-dən başlayır.

Seçilən
4
6
gundem.az

7Mənbələr