AZ

“Viləş” PFK (Masallı) geri dönür

Viləş” PFK (Masallı) geri dönür

 

25 illik fasilədən sonra Masallının “Viləş” futbol komandası geri qayıdır

 

Futbol ictimaiyyətini sevindirən böyük xəbər: 25 illik uzun fasilədən sonra “Viləş” futbol komandası yenidən yaşıl meydanlara qayıdır! Masallı rayonunu təmsil edən bu tarixi komanda artıq “Masallı” PFK adı ilə deyil, öz köklərinə sadiq qalaraq “Viləş” Peşəkar Futbol Klubu (PFK) adı altında arenaya çıxacaq.
Bu dəyişiklik təkcə ad dəyişikliyi deyil – bu, Masallı futbolunun ruhuna, tarixinə və azarkeşlərin nostalji dolu xatirələrinə dönüşdür. Bu, təkcə Masallının futbol simvoluna çevrilmiş “Viləş” komandasının deyil, bir bölgənin futbol ruhunun dirçəlişidir.
Klub rəhbəri Mirələm Həşimovdan «Azpresstimes.info»ya verilən məlumata görə, “Viləş” PFK-nın əsas məqsədi yalnız yerli birinciliklərdə, AFFA-nın U10-U14 və region liqasında iştirak etmək deyil, eyni zamanda bölgədə futbolun inkişafına təkan vermək, uşaq, yeniyetmə və gənc istedadlara dəstək olmaq və Masallı adını yenidən ölkə futbolunun zirvəsinə daşımaqdır.
“Viləş” geri dönür –  daha güclü, daha inamlı!

 

Akif AĞAYEV
 

Seçilən
21
qht.az

1Mənbələr